RU

Keyn "Bavariya"da tarixi rekorda imza atdı

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 5-ci turunda “Verder”lə oyunda dubl edib.

Publika.az xəbər verir ki, bununla o, Münhen klubunun heyətində 100-cü qoluna çatıb.

“Squawka”nın məlumatına görə, Keynə 100 qol vurmaq üçün cəmi 104 oyun kifayət edib. Bu isə XXI əsrdə Avropanın top-5 liqasının klublarında çıxış edən futbolçular arasında ən sürətli nəticədir.

Kriştiano Ronaldp “Real”da, Erlinq Haaland isə “Mançester Siti”də 100 qola 105 matçda çatmışdılar.

Избранный
20
8
publika.az

10Источники