RU

Goranboyda tütün yığımına başlanılıb

Hələ sovet dönəmində fəaliyyətə başlayan Bərdə Peşə məktəbi şərəfli bir inkişaf yolu keçmişdir. O illərdə məktəb kolxoz və sovxozlar, fabrik və zavodlar, müxtəlif istehsal və emal müəssisələri üçün yüksək peşə hazırlığına malik kadrlar hazırlayırdı.

Səmərəli fəaliyyətini müstəqillik illərində Bərdə Dövlət Peşə Təhsil Mərkəzi kimi davam etdirən bu məkana gənclər böyük maraq göstərirlər. Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə peşə təhsil mərkəzinin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurularaq müasir tələblər səviyyəsinə çatdırılmışdır. Köhnə məktəbin yerində yeni inşa olunan təhsil mərkəzi geniş imkanlara malikdir. Tələbə və müəllimlərin istifadəsinə verilən geniş və işıqlı sinif otaqları, laboratoriyalar, emalatxanalar, fənn kabinetləri, iclas zalı zəruri avadanlıqlarla təmin edilmişdir.

Təhsil mərkəzinin tədris korpusunda ideal şərait yaradılmışdır. Yataqxana korpusundakı rahatlıq, əlverişli şərait tələbələri razı salır.

Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov söhbət zamanı qazandıqları uğurlardan qürurla söhbət açdı. Qardaş Türkiyə Cümhuriyyətinin müvafiq peşə təhsili ocaqları ilə qurulan işgüzar əlaqələrə toxundu. Məmnunluqla vurğuladı ki, bu gün Dövlət Peşə Təhsil Mərkəzi olaraq əsas hədəfimiz başdan-başa  yenidən qurulan, bərpa edilən Qarabağ və Şərqi Zəngəzur üçün yüksək peşə vərdişlərinə yiyələnmiş bacarıqlı kadrlar hazırlamaqdır.

Həmsöhbətimiz onu da vurğuladı ki, təhsil mərkəzi təkcə Bərdəni deyil, böyük bir regionu əhatə edir. Respublikanın yaxın-uzaq rayonlarından olan, faydalı peşə vərdişlərinə sahiblənmək istəyən gənclər çox böyük həvəslə bizim təhsil mərkəzini seçirlər.

Bu mərkəzin timsalında da görmək olur ki, müasir gənclik faydalı peşələrə daha çox üstünlük verir.  Cari tədris ilində buraya tələbə qəbulu üzrə 920 plan yerinə qarşı 8654 müraciət olub. Onlardan yalnız 750 nəfəri tələbə adı qazanıb. Tələbə sıralarına qəbul olunanların 649 nəfəri dövlət vəsaiti hesabına, 101 nəfəri isə ödənişli əsaslarladır. 

Hazırda mərkəzdə ümumilikdə 42 peşə ixtisası üzrə 68 qrupda tədris aparılır. Bu il ilk dəfə olaraq mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis, alternativ enerji və qurğu avadanlıqlarının istismarı, turizm təşkilatçısı kimi yeni ixtisaslar tədrisə əlavə edilib. 

Cari tədris ilində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 1219 nəfər gənc yüksək, texniki və ilk peşə pillələri üzrə təhsil alır. Sabahımızın qurucuları olan gənclərə dövlətin böyük qayğısı böyük ümidlər doğurur.

 

Lazım QULİYEV,

"Azərbaycan"

Избранный
17
azerbaijan-news.az

1Источники