RU

Çempionlar Liqasında həftənin oyunları: Madrid derbisi, “Yuventus”-“Atalanta” və “Liverpul” sınağı - ANONS

Bu həftə Avropanın aparıcı liqalarında diqqətçəkən oyunlar keçiriləcək.

İdman.biz həmin oyunların siyahısını təqdim edir:

İspaniya – La Liqada turun mərkəzi qarşılaşması Madrid derbisidir. “Real” və “Atletiko”nun dueli çempionluq mübarizəsinə ciddi təsir göstərəcək.

Almaniya – Azərbaycan azarkeşlərinin gözü “Ayntraxt”ın oyunundadır. Frankfurt təmsilçisi “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərindən biri ola bilər.

İtaliya – A seriyasında maraqla gözlənilən görüşdə “Yuventus” “Atalanta”nı qəbul edəcək. Matç həm avrokubok, həm də çempionluq yarışı baxımından böyük əhəmiyyət daşıyır.

İngiltərə – Premyer Liqada “Kristal Palas” – “Liverpul” qarşılaşması xüsusi diqqət çəkir. Çünki mövsümdə hələ məğlub olmayan yeganə iki komanda üz-üzə gələcək.

Fransa – Liqa 1-də PSG, “Marsel” və “Monako” zirvə uğrunda mübarizəni davam etdirirlər. Hər xal çempionluq yarışında həlledici rol oynayır.

Türkiyə – Super Liqada “Qalatasaray” və “Fənərbaxça”nın duelinə “Beşiktaş” da qoşulmaq istəyir. Turnirdə hər turun nəticəsi böyük əhəmiyyət daşıyır.

İdman.biz

Избранный
20
1
idman.biz

2Источники