ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin cənubuna zərbə vuran güclü "Raqasa" superqasırğası təkcə dağıntılar deyil, həm də sahil şəhərlərinin sakinləri üçün gözlənilməz "bonus" gətirib. Qasırğadan sonra Makao küçələri və Cancou şəhərinin sahilləri "balıqçılıq sahələrinə" çevrilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Mint" portalı yazır.
Güclü qasırğanın böyük daşqınlara səbəb olduğu Makaoda yerli sakinlər yol hissəsinə suyun gətirdiyi balıqları tutarkən müşahidə olunub. Sosial şəbəkələrdə insanların dizə qədər suda tor və plastik paketlərlə gəzərək balıq tutduğunu göstərən videolar yayılıb. Bəziləri tutduqları balıqları velosipedlərə yükləyir, digərləri isə ovları fonunda selfi çəkirdilər.
Oxşar mənzərə Fuczyan əyalətinin Cancou şəhərində də müşahidə olunub. KİV-in məlumatına görə, qabarma çəkildikdən sonra sakinlər vedrələrlə sahilə tələsərək dalğaların sahilə atdığı ilbizləri toplamağa başlayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.