İngiltərəli futbolçu Harri Keyn unikal rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, "Bayern Münhen" klubu doğma meydanda "Verder Bremen" klubunu qəbul edib və 4:0 hesabla qalib ayrılıb.
Görüşdə qollardan 2-sini vuran ingiltərəli hücumçu 2 yeni rekorda imza atıb.
O, "Bayern Münhen" forması ilə 100 qola çatıb və bu saya 104 oyunda nail ola bilib.
Bununla da ulduz hücumçu həm "Bayern München" klubu tarixində, həm də Avropa futbolu tarixində 100 qola ən erkən çatan futbolçu olub.
Ona qədər Avropada rekord 105 oyunda 100 qola çatan Kristiano Ronaldo ("Real Madrid") və Erlinq Haalandda ("Mançester Siti") olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта