RU

44 Günlük Zəfərin 5 İli: Anım Günü

Bu gün Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin başlanmasından beş il keçir.

News24.az xatırladır ki, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı qısa müddətdə Ermənistan ordusunun “məğlubedilməzlik” mifini darmadağın etdi. Qaraxanbəyli, Hadrut, Füzuli, Zəngilan, Qubadlı ardınca noyabrın 8-də Şuşa azad edildi. Cəmi 44 günə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan qurtarıldı. Ermənistan kapitulyasiya aktına imza ataraq Ağdam, Kəlbəcər və Laçını da tərk etdi.

Bu zəfər 2900-dən çox şəhidimizin qanı-canı bahasına qazanıldı. Onların adları Azərbaycan tarixində əbədi yaşayır.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncamla 27 sentyabr Anım Günü kimi qeyd olunur. Hər il bu tarixdə xalqımız şəhidlərimizin xatirəsini ehtiramla yad edir.

Vətən müharibəsində qazanılmış Qələbə sonrakı illərdə Qarabağda aparılan bərpa və quruculuq işlərinə yol açdı. 2023-cü ilin sentyabrında isə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri ilə separatçı rejimin qalıqlarını tamamilə zərərsizləşdirərək suverenliyimizi bərpa etdi.

Azərbaycan xalqı bu gün də şəhidlərini minnətlə anır. Heç kim unudulmur, heç nə yaddan çıxmır. Allah şəhidlərimizə rəhmət eləsin! 



Избранный
78
news24.az

1Источники