RU

Pakistanın Baş naziri BMT kürsüsündən Azərbaycana təşəkkür edib

Pakistan çoxsaylı sülhməramlı səylərinə görə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ liderinin Hindistanla atəşkəsə nail olmaq üçün göstərdiyi sülhməramlı səylər Cənub-şərqi Asiyada genişmiqyaslı müharibə təhlükəsinin qarşısını alıb.

"Pakistan minnətdarlıq əlaməti olaraq prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Onun sülh sevgisini nəzərə alaraq bu edə biləcəyimiz minimum işdir", - Ş.Şərif bildirib.

O həmçinin Hindistanla münaqişənin gərginləşməsi zamanı Pakistana göstərdiyi diplomatik dəstəyə görə Azərbaycana təşəkkür edib.

"Dostlarımıza və tərəfdaşlarımıza - Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycan, İran, BƏƏ və BMT Baş katibinə bu çətin zamanlarda göstərdikləri diplomatik dəstəyə görə təşəkkür edirik", - baş nazir əlavə edib.

Избранный
20
5
moderator.az

6Источники