RU

Rutte: NATO-nun bahalı silahlarla pilotsuz təyyarələri vurmağa gücü çatmaz!

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Qərb ölkələri ucuz pilotsuz təyyarələri (dronları) bahalı raketlərlə vurmağa davam edə bilməzlər.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Alyans Ukraynada rus dronlarına qarşı effektiv mübarizə yollarını sürətlə öyrənir və yaxın həftələrdə bu istiqamətdə yeni texnologiyaların tətbiqinə başlayacaq.

Rutte bu açıqlamanı Bloomberg agentliyinə müsahibəsində verib.

“Min və ya iki min dollar dəyərində olan pilotsuz təyyarələri, yarım milyon və ya bir milyon dollara başa gələn raketlərlə vurmaq qəbuledilməzdir”, – deyə o vurğulayıb.

Rutte qeyd edib ki, NATO müttəfiqləri texnologiyaları sürətlə inkişaf etdirir və Ukrayna hərbçilərinin təcrübəsindən öyrənirlər.

Baş katib “NATO-nun hazırda bu təhdidlərə qarşı adekvat silah sistemləri varmı?” sualına isə belə cavab verib:

“Qısa müddət üçün — bəli. Amma biz ukraynalılardan öyrənirik və yaxın həftələrdə yerləşdiriləcək yeni texnologiyalar üzərində sürətlə işləyirik.”

Aytən Yaşar/ Turkustan.az

Избранный
8
1
turkustan.az

2Источники