RU

Rafinya və Joan Qarsiya Çempionlar Liqasında PSJ ilə matçı buraxacaqlar

“Barselona”nın hücumçusu Rafinya La Liqanın “Ovyedo” ilə matçında (3:1) əzələsində narahatlıq hiss edib və 66-cı dəqiqədə əvəz edilib.

İdman.biz-in məlumatına görə, bu gün, sentyabrın 26-da futbolçu komanda yoldaşları ilə məşq etməyib.

Jurnalist Jerar Romero bildirir ki, Rafinya zədə səbəbindən beynəlxalq fasilənin sonuna kimi oynaya bilməyəcək. O, La Liqanın iki matçını və Çempionlar Liqasının 2-ci turunun PSJ-yə qarşı oyununu (1 oktyabr) buraxacaq.

Mənbənin məlumatına əsasən, “Barselona”nın qapıçısı Joan Qarsiya da bugünkü məşq zamanı zədə alıb və o, beynəlxalq fasilənin sonuna kimi sağalacaq.

İdman.biz

Избранный
7
1
idman.biz

2Источники