RU

Polşada Azərbaycan dilində audiobələdçinin təqdimatı olub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audiobələdçinin təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, Dövlət Komitəsindən bildirilib ki, tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, muzeyin direktoru Yan Oldakovski, Polşa-Azərbaycan parlament qrupunun həmsədri və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, soydaşlarımız, müsəlman və xristian icmalarının, yerli medianın təmsilçiləri, elm və incəsənət adamları iştirak ediblər.

Çıxışlarda muzeyin fəaliyyətinə və Varşava üsyanının tarixinə nəzər salınıb. Diqqətə çatdırılıb ki, Varşava üsyanı bütövlükdə insanlıq tarixində cəsarətin, dözümlülüyün və sarsılmaz iradənin simvoludur. Bu qəhrəmanlıq salnaməsi sərhədləri, millətləri və nəsilləri aşan universal bir hekayə olaraq, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışılmağa və eşidilməyə layiqdir. Audiobələdçi mədəniyyətlər arasında körpü rolunu oynayaraq qarşılıqlı anlayış və həmrəyliyi təşviq edən bir vasitə sayıla bilər.

Muzeydə bundan sonra ingilis, fransız, yunan, ispan, alman, slovak, Ukrayna və italyan dilləri ilə yanaşı, Azərbaycan dilində də audiobələdçinin olması müsbət hal kimi qiymətləndirilib.

Избранный
10
sia.az

1Источники