RU

Netanyahu HƏMAS-dan dərhal silahlarını yerə qoymağı tələb edib

İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərək radikal Fələstinin HƏMAS hərəkatından dərhal silahlarını yerə qoymağı və israilli girovları azad etməyi tələb edib.

NOCOMMENT.az bildirir ki, bunun müqabilində o, söz verib ki, radikallar canlarını qurtaracaq və Qəzza zolağında döyüşlər dayandırılacaq.

Netanyahu iddia edib ki, onun müraciəti təkcə İsrail-Qəzza sərhəddində quraşdırılmış səsgücləndiricilər vasitəsilə deyil, həm də birbaşa Həmas liderlərinin mobil telefonlarına “İsrail kəşfiyyatının xüsusi səyləri sayəsində” yayımlanır. “İndi sizə deyirəm: Silahlarınızı yerə qoyun, xalqımı buraxın, girovları, 48 nəfərin hamısını dərhal azad edin. Bunu etsəniz, yaşayacaqsınız. Əks halda, İsrail yaxalayacaq və hamınızı məhv edəcək. Əgər HƏMAS bizim tələblərimizlə razılaşarsa, müharibə elə indi başa çata bilər”, – o deyib.

Избранный
19
1
nocomment.az

2Источники