RU

Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?

Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin müalicə aldığı “Qurtuluş” Reabilitasiya Mərkəzini tərk etməsi xəbəri yayılıb. Hətta onun Mərkəzdən qaçdığı barədə iddialar var.

XəzərNews.az-a daxil olan məlumata görə, hazırda N.Nəbizadənin harada olması barədə məlumat yoxdur.

Qeyd edək ki, Mərkəz rəhbərliyinin Nəsimi Nəbizadə və jurnalist Ceyhun Əsgərovla bağlı paylaşdığı məlumatlar cəmiyyətdə ciddi etiraz doğurdu. Sosial şəbəkələrdə geniş müzakirələr aparıldı, paylaşımların etik tərəfləri və insanların şəxsi həyatına hörmət mövzusu gündəmə çevrildi.

Bu xəbər cəmiyyətdə böyük məyusluq doğurub. Çünki onun bu mübarizədən qalib çıxması, yalnız öz həyatı üçün deyil, eyni zamanda oxşar taleyi yaşayan yüzlərlə insana da güc və nümunə ola bilərdi.

Nəsimi Nəbizadənin qarşıdakı günlərdə hansı addımı atacağı, həyatını hansı istiqamətə yönəldəcəyi isə hələlik naməlum olaraq qalır.

“Qurtuluş”Reabilitasiya Mərkəzindən XəzərNews.az-a bildiriblər ki, N.Nəbizadənin Mərkəzdən qaçması ilə bağlı xəbər doğru deyil: “O, burdadır və müalicəsini davam etdirir”.

Xəbər 8 dəfə oxunub.
Избранный
103
xezernews.az

1Источники