RU

Azərbaycan regional sabitliyin təminatçısı, enerji və nəqliyyat layihələrinin mərkəzi kimi qəbul olunur

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib. Dövlət başçısının səfərinin əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında iştirakıdır. Bu beynəlxalq platforma, qlobal gündəliyin müəyyənləşdirildiyi və dövlət başçılarının öz mövqelərini dünyaya bəyan etdiyi ən mühüm diplomatik məkanlardan biridir.

Cənab Prezident İlham Əliyevin Nyu-York səfəri təkcə BMT tribunasından çıxışla məhdudlaşmır. Bu səfər Azərbaycanın həm diplomatik, həm də iqtisadi gücünün nümayişi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan son illərdə regional sabitliyin təminatçısı, enerji və nəqliyyat layihələrinin mərkəzi, eləcə də qlobal çağırışlara cavab verən etibarlı tərəfdaş kimi qəbul olunur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, səfərin ilk günündə Prezident İlham Əliyev dünyanın ən nüfuzlu maliyyə və investisiya qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

Nicat İsmayılov

“Brookfield Asset Management-in baş icraçı direktoru Bruce Flatt ilə müzakirələrdə bərpa olunan enerji, infrastruktur və maliyyə sahələrində əməkdaşlıq imkanları ön plana çıxıb. Neuberger Berman şirkətinin sədri və baş icraçı direktoru George Walker ilə görüşdə Dövlət Neft Fondu ilə uzunmüddətli tərəfdaşlıq, beynəlxalq maliyyə bazarlarına çıxış imkanları, sərmayələrin şaxələndirilməsi məsələləri ətraflı müzakirə olunub. Bu görüşlər Azərbaycanın investisiya mühitinin cəlbediciliyini və ölkəmizin qlobal iqtisadi sistemdə mühüm oyunçuya çevrildiyini bir daha göstərdi. BMT Baş Assambleyası hər zaman çoxsaylı ikitərəfli görüşlər üçün unikal platforma olub. Cənab Prezident İlham Əliyevin də bir sıra dünya liderləri ilə görüşlər keçirməsi gözlənilir”-deyə politoloq bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə qardaşlıq münasibətlərinin daha da inkişafı, regional əməkdaşlıq və enerji layihələriABŞ administrasiyası və Avropa liderləri ilə enerji təhlükəsizliyi, demokratiya və sabitlik mövzularıErmənistan rəhbərliyi ilə mümkün kontaktlar – sülh sazişinə dair dialoqun dərinləşdirilməsi, sərhəd məsələlərinin həlliMərkəzi Asiya dövlətlərinin başçıları ilə Orta Dəhliz və nəqliyyat əməkdaşlığıQoşulmama Hərəkatına üzv ölkələrin liderləri ilə çoxtərəfli diplomatik təşəbbüslərin davamı

mövzularında görüşlərin keçirilməsi gözlənilir.

“Nəticə etibarilə, Nyu-York səfəri Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında artan rolunun bariz göstəricisidir. Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı iştirakı, dünya liderləri ilə görüşləri və beynəlxalq təşkilatlarda fəal mövqeyi ölkəmizin etibarlı tərəfdaş, regional lider və qlobal miqyasda nüfuzlu aktor olduğunu bir daha nümayiş etdirdi”-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
icma.az

1Источники