RU

Şagirdlərə kömək məqsədilə hazırlanmış “Peşə seçimi” aləti təqdim olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Dövlət İmtahan Mərkəzində Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq Qələbədən bəhs edib. Sədr, həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin həmişə dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib.

YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov Dövlət İmtahan Mərkəzi və fondun birgə əməkdaşlığı çərçivəsində uzun illərdir şəhid ailələrinin üzvlərinə və qazilərə göstərilən mənəvi dəstək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına kömək edən əməli yardımlar haqqında məlumat verib.

Daha sonra Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” aləti təqdim edilib və peşə seçiminin psixoloji xüsusiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Testlər kompüterdə elektron formada keçirilir. Burada doğru və ya səhv cavab yoxdur. Sadəcə mümkün qədər dürüst olmaq yetərlidir. Testi bitirəndə nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Sonra Məleykə Abbaszadə testlər haqqında məlumat verib. O bildirib ki, qiymətləndirmə aləti artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla yoxlanılıb və praktiki səmərəliliyi təsdiqlənib. DİM sədri bu testlərin bilik, bacarıq, maraq və fərdi xüsusiyyətlərə əsaslanaraq şəxsə uyğun peşə istiqamətinin müəyyən edilməsi məqsədilə istifadə olunduğunu söyləyib. İştirakçı testi bitirdikdən sonra dərhal nəticələr göstərilir və ona uyğun peşələr təqdim olunur. Beləliklə, abituriyent hansı sahəyə daha uyğun ola biləcəyi haqqında məlumat əldə etmiş olur.

Tədbirin sonunda iştirakçılara DİM tərəfindən nəşr olunan VIII-X sinif qiymətləndirmə tapşırıqları kitabları hədiyyə olunub. Onla,r həmçinin peşə seçimi testlərindən faydalanıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
3
azertag.az

10Источники