AZ

Şagirdlərin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” aləti təqdim olunub

Bakı. Trend:

26 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzindətorpaqlarımızın bütövlüyü uğrunda aparılmış 44 günlük müharibədəşəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüşkeçirilib.

Trend xəbərverir ki, tədbir Azərbaycan Respublikasının DövlətHimnininsəsləndirilməsi ilə başlanıb və şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri MəleykəAbbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, Bakı şəhəri vəona yaxın bölgələrin ümumtəhsil müəssisələrində VIII-X sinifdətəhsil alan 130-dan çox şəhid övladı iştirak edib.

Tədbirdə çıxış edən M.Abbaszadə müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusutərəfindən qazanılan parlaq qələbədən bəhs edib. Sədr həmçininərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəmanVətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımıztərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailəüzvlərinin və qazilərimizin həmişə dövlətin diqqət və qayğısıaltında olduğunu qeyd edib.

YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov Dövlət İmtahan Mərkəzi vəfondun birgə əməkdaşlığı çərçivəsində uzun illərdirşəhidailələrinin üzvlərinə və qazilərə göstərilən mənəvi dəstək, onlarıntəhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafınakömək edən əməli yardımlar haqqında məlumat verib.

Daha sonra Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindənorta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərininmüəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşəseçimi” aləti təqdim edilib və peşə seçiminin psixolojixüsusiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, peşəseçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsixüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Testlərkompüterdə elektron formada keçirilir. Burada doğru və ya səhvcavab yoxdur. Sadəcə mümkün qədər dürüst olmaq yetərlidir. Testibitirəndə nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyielektron poçt ünvanına avtomatik göndərilir.
Testlər haqqında danışan M.Abbaszadə bildirib ki, “qiymətləndirməaləti artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdmanNazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla yoxlanılıbvə praktiki səmərəliliyi təsdiqlənib. Bu testlər bilik, bacarıq,maraq və fərdi xüsusiyyətlərə əsaslanaraq şəxsə uyğun peşəistiqamətinin müəyyən edilməsi məqsədilə istifadə olunur. İştirakçıtesti bitirdikdən sonra dərhal nəticələr göstərilir və ona uyğunpeşələr təqdim olunur. Beləliklə, siz hansı sahəyə daha uyğun olabiləcəyiniz haqqında məlumat əldə etmiş olursunuz. Ümid edirəm ki,şagirdlər üçün nəzərdə tutulan bu alət peşə və ixtisas seçimindəonlara yaxın köməkçi ola biləcək və öz qabiliyyətlərini düzgünqiymətləndirib istəklərinə uyğun qərar qəbul edə bilmələri üçünfaydalı olacaqdır”,- deyə sədr bildirib.

Tədbirin sonunda iştirakçılara DİM tərəfindən nəşr olunan VIII-Xsinif qiymətləndirmə tapşırıqları kitabları hədiyyəolunub. Onlarhəmçinin peşə seçimi testlərindən faydalanıblar.

Seçilən
22
3
az.trend.az

10Mənbələr