RU

Latviyada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

25 sentyabr 2025-ci il tarixində Azərbaycanın LatviyadakıSəfirliyində 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsrolunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazibütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri ElnurSultanov açıb. O, beş il bundan öncə, 27 sentyabr 2020-ci iltarixində, Azərbaycan Respublikasının Silahlı QüvvələrininErmənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücuməməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsininbaşlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə həril sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib.

Səfir torpaqlarımızın erməni işğalından azad olunmasındafədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsininAzərbaycan xalqının qəlbində daim yaşayacağını ifadə edib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə qanunsuzhərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizəəzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almağı davametdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən,əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülkiəhaliyə qarşı ağır müharibə cinayətləri törətmişdir.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlıAzərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl,Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusiəhəmiyyətə malik olan Şuşa işğaldan azad edilmiş, Kəlbəcər, Ağdamvə Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəflibəyanat ilə ölkəmizə qaytarılması təmin edilmişdir.

E.Sultanov erməni silahlı birləşmələrinin təxribatlarınınqarşısının alınması üçün 19-20 sentyabr 2023-cü il tarixlərindəAzərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən antiterrortədbirlərinin həyata keçirildiyini və 24 saatdan az vaxtda yüksəkpeşəkarlıqla keçirilən bu əməliyyatın ölkəmizin suverenliyinin tambərpası ilə nəticələndiyini bildirib.

Səfir Azərbaycanın Vətən müharibəsindən dərhal sonra bölgədəsülh təşəbbüsü ilə çıxış etdiyini və bu xüsusda 8 avqust 2025-ci iltarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinintarixi görüşünün əhəmiyyətini vurğulayaraq, birgə bəyannaməninqəbul olduğunu, sülh müqaviləsi layihəsinin paraflandığını,həmçinin 1 sentyabr tarixində keçmiş münaqişənin qalığı olanATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının ləğv edildiyiniqeyd edib.

Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş “27sentyabr – Qələbənin İlk Günü” sənədli film nümayiş olunub.

Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcədə Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirakediblər.

Latviyada
Latviyada
Latviyada
Latviyada
Latviyada
Избранный
49
az.trend.az

1Источники