RU

"Peşə seçimi" aləti təqdim olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şagirdlərin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış "Peşə seçimi" aləti təqdim olunub.
Oxu.Az xəbər verir ki, peşə seçimi testləri üç əsas istiqaməti - təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir.
Testlər kompüterdə elektron formada keçirilir. Burada doğru və ya səhv cavab yoxdur. Sadəcə mümkün qədər dürüst olmaq yetərlidir. Testi bitirəndə nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
Onun qiymətləndirmə aləti artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla yoxlanılıb və praktiki səmərəliliyi təsdiqlənib.
Bu testlər bilik, bacarıq, maraq və fərdi xüsusiyyətlərə əsaslanaraq şəxsə uyğun peşə istiqamətinin müəyyən edilməsi məqsədilə istifadə olunur. İştirakçının nəticələrinə uyğun peşələr təqdim edilir.
Beləliklə, siz hansı sahəyə daha uyğun ola biləcəyiniz haqqında məlumat əldə etmiş olursunuz.
Aygün Mirakif
Избранный
48
50
oxu.az

10Источники