RU

Bakı Şəhər Prokurorluğunda “Açıq qapı” günü keçirilib – FOTO 

1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Doğru.az xəbər verir ki, tədbirin məqsədi gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarına, nəzəri biliklərini praktik müstəvidə tətbiq etmələrinə və cəmiyyətdə prokurorluğun fəaliyyətinə dair maarifləndirici məlumatların artırılmasına şərait yaratmaq olub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov çıxışında belə təşəbbüslərin gənclərin peşəkar formalaşmasında mühüm rol oynadığını vurğulayıb, rayon prokurorluqlarının səlahiyyətləri və gündəlik iş prinsipləri barədə məlumat verib.

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov prokurorluğun əsas fəaliyyət istiqamətləri və prioritetlərini təqdim edib, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə “Azərbaycan Prokurorluğunun inkişaf yolu: tarixi mərhələlər və müasir çağırışlar” mövzusunda çıxış edib. O, hüquq islahatlarının dövlətçiliyin möhkəmlənməsinə və qanunun aliliyinin təmin olunmasına xidmət etdiyini qeyd edib.

Tədbir çərçivəsində Bakı Şəhər Prokurorluğunun əməkdaşları Yaqub Məmmədov, Əfqan Qafarov və Ramil Səfərov iştirakçılara istintaq və prokuror nəzarəti, müraciətlərə baxış və vətəndaş məmnunluğu mövzusunda biliklərini bölüşüblər.

Gənc hüquqşünaslar və media nümayəndələri ilə müzakirələr aparılıb, kriminalistik avadanlıqlar və Elektron Prokurorluq İnformasiya Sistemi nümayiş etdirilərək istintaq prosesində tətbiqi izah olunub.

Tədbir iştirakçıların inzibati binada yaradılmış iş şəraiti ilə tanış olması və prokurorluğun gündəlik fəaliyyəti barədə əyani məlumat əldə etməsi ilə yekunlaşıb.

DOĞRU.AZ

image-17588840081530413789_1200x630 image-17588840085988433196_1200x630 image-17588840085927518443_1200x630 image-17588840082788633842_1200x630 image-1758884008881861456_1200x630 image-17588840083029851029_1200x630 image-17588840082761733014_1200x630 image-17588840082262435501_1200x630

Избранный
3
5
dogru.az

6Источники