RU

Metyu Brayza: “Azərbaycan iqtisadiyyatı xeyli dinamikləşib”

Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə regional inteqrasiyanın inkişafında mühüm rol oynayıb. Hazırda xüsusilə Zəngəzur dəhlizi və ya“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)layihəsi ilə bağlı yeni bir səhifə açılır.

Bu barədə Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu təşəbbüslər əlaqələrin inkişafına, Azərbaycanın Ermənistan, Türkiyə, Mərkəzi Asiya və Çin də daxil olmaqla geniş regiona inteqrasiyasına əhəmiyyətli investisiyalar vəd edir: “Azərbaycan bu hadisələrin mərkəzindədir. Qarabağ münaqişəsinin həlli gələcək regional əməkdaşlıq üçün katalizator rolunu oynayacaq".

Ekspertin fikrincə, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin güclü və rəqabətədavamlı oyunçu kimi qlobal arenaya çıxmağa inam və hazırlığını əyani şəkildə nümayiş etdirdi. Bu, Azərbaycanın təkcə regionda əsas rol oynamaq deyil, həm də qlobal miqyasda artan iqtisadi güc kimi mövqeyini möhkəmləndirməklə bütün dünyadan investorları cəlb etmək niyyətini nümayiş etdirir: “Dünya Bankının araşdırmaları göstərir ki, ölkəyə investisiya qoymaq asanlaşır. Azərbaycanda mühüm dəyişikliklər baş verib. İqtisadiyyat xeyli dinamikləşib və ixrac istiqamətləri genişlənir. İqtisadiyyatın şaxələndirilməsi göz qabağındadır. Azərbaycan borcun ÜDM-ə nisbəti baxımından ən aşağı göstəricilərdən birinə malikdir və bu, daxili kapitalın inkişaf etməkdə olan sektorlara yenidən investisiya edilməsi üçün geniş imkanlar açır. Ölkə güclü dövlət idarəçiliyi, fiskal məsuliyyət və makroiqtisadi sabitlikdən faydalanır”.

Избранный
57
vergiler.az

1Источники