FHN-in Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir.
Vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Laza kəndindən keçən çaydan daş-palçıq qarışıqlı sel keçib. Şəlalədən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, həyətlərə dolub. Sel sularının evlərə dolmasının qarşısı alınıb.