FIFA gələn il ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 Dünya Çempionatının maskotlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, turnirdə Kanadanı "Maple" adlı maral, Meksikanı "Zayu" adlı yaguar, ABŞ-niı isə "Clutch" adlı qartal təmsil edəcək.
FIFA prezidenti Gianni Infantino bu münasibətlə verdiyi açıqlamada deyib: "Maple", "Zayu" və "Clutch" Dünya Kubokunun sevincini, enerjisini və birləşdirici ruhunu təcəssüm etdirir.”
Bu maskotlar turnirin ev sahibi olan üç ölkənin fərqli mədəniyyətlərini və birgə ev sahibliyi ruhunu əks etdirir.