RU

Putin Paşinyana müraciət edərkən yenə çaşdı...

Yazını böyüt
Yazını kiçilt

“Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Atom Enerjisi həftəsi çərçivəsində Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Qonağı salamlayan Putin ona “Hörmətli Nikol Vladimiroviç” deyə müraciət edib, baxmayaraq ki, Ermənistanın baş nazirinin atasının adı Vovadır”.

Hafta.az xəbər verir ki, bunu Ermənistan mediası yazıb.

“Rusiya prezidenti qeyd edib ki, Ermənistan Atom Elektrik Stansiyası (AES) ölkənin elektrik enerjisinin təqribən 30%-ni təmin edir və Rosatom onun istismar müddətini uzatmaq üçün çalışır. O, həmçinin 2024-cü ildə 11,7 milyard dollarlıq rekord ticarət dövriyyəsi elan edib.

Paşinyan dəvətə görə təşəkkür edib, nüvə enerjisinin artan rolunu vurğulayıb və Ermənistan Atom Elektrik Stansiyasının istismarının 2036-cı ilə qədər uzadılmasında əməkdaşlığı, eləcə də kiçik miqyaslı modul güclərə marağı təsdiqləyib. O qeyd edib ki, indiki azalmaya baxmayaraq, qarşılıqlı ticarətin daha da artması üçün potensial var.

Hər iki tərəf enerjidən iqtisadi əməkdaşlığa qədər ikitərəfli münasibətlərin geniş gündəliyini qeyd ediblər.

Xatırladaq ki, bundan əvvəlki görüşlərdən birində də Putin Paşinyanın atasının adını yanlış söyləmişdi.

Sultan Laçın

Избранный
46
50
hafta.az

10Источники