RU

Nəsimi festivalının bağlanış tədbiri keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Üçüncü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalınınbağlanışı Bakıda “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundakeçirilib.

Trend xəbər verir ki,tədbirdə Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqiliədəbi-bədii gecə təşkil olunub.

Gecə “Savalan” qrupunun ifasında “Söz” layihəsinin iştirakçılarıilə şairlər və müsiqiçilərin birgə məclisi formatında qurulub. “Mənki, dərvişəm”, “Hardasan”, “Eşq əhli”, “Heyran olmuşam”,“Sığmazam”, “Mənəm mən” və digər əsərlər səslənib.

Festivalın bağlanışının son təqdimatı isə fərqli tərzdə ifalarıilə tanınan Çingiz Mustafayevin çıxışı olub. O, sufi motivləriəsasında performans təqdim edib.

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və MədəniyyətNazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakıda vəşairin doğma yurdu Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat vəincəsənət festivalı maraqlı təqdimatlar, premyeralarla yadda qalıb.“İblis” əsəri və “Nəsimi dastanı” baletinin yeni quruluşdatəqdimatları isə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

2018-ci ildən təşkil olunan Nəsimi festivalı müxtəlif bədii ifadəformaları vasitəsilə humanizm, sevgi və tolerantlıq mövzularınıaraşdırmağı, mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqutəşviq etməyi hədəfləyir. Genişmiqyaslı tədbirin proqramı müxtəlifsənət növləri və bilik sahələrini əhatə edir.

Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Избранный
9
7
az.trend.az

10Источники