RU

Yeşilçam aktyorları Bakıda: Eyni duyğuları yaşayır, eyni filmləri izləyirik

BAKI, 26 sentyabr. TELEQRAF

Türkiyədə Yeşilçam filmlərinin məşhur aktrisası HülyaKoçyiğit, aktyorlar BrekOktay, Anıl Altan və aktrisa Duyğu Sönmez Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində Bakıya gəlib.

Teleqraf xəbər verir ki, Türkiyənin YunusƏmrə İnstitutunun Bakı nümayəndəliyində aktrisa ilə görüş keçirilib.

HülyaKoçyiğit Bakı haqqında təəssüratlarını bölüşüb.

"Ötən illərdə Bakıya gələ bilməmişdim. Həmişə Mədəniyyət Nazirliyimizə deyirdim ki, məni Bakıya aparsınlar. Çünki biz eyni duyğuları yaşayırıq, eyni filmləri izləyirik. Bu gün sizinlə görüşdüyüm üçün çox xoşbəxtəm. Yaxşı ki, film sahəsi var. Qəlbimdə daşıdığım sevgini sizlərlə filmlərim vasitəsilə bölüşdüm. İndi isə yenidən birlikdəyik, nə xoş mənə!" - deyə aktrisa əlavə edib.

Избранный
21
teleqraf.com

1Источники