RU

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Haydeqqer XX əsrin ən böyük mütəfəkkirləri arasında qəbul edilir. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Haydeqqer 26 sentyabr 1889-cu ildə Almaniyanın Messkirx şəhərində anadan olub. Atası dəmirçi, anası isə rahib qızı olub. Bu ziddiyyətli köklər onun fəlsəfi düşüncələrinin formalaşmasında mühüm rol oynayıb.

Gənc yaşlarından dini təsirlər altında olan Haydeqqer sonradan fəlsəfəyə maraq göstərməyə başlayıb.

Haydeqqerin ən məşhur əsəri “Varlıq və Zaman” 1927-ci ildə nəşr olunub.

Burada Haydeqqer qısaca “Varlıq (olmaq) zamandır” fikrini irəli sürmüşdür. İnsan, doğulduğu və öldüyü zaman müddətində “olan” bir varlıqdır. Varlıq, zamandır və zaman sonludur, bizim ölümümüz ilə sona çatır. Haydeqqer insanın bu həyata, dünyaya, varlığa “atıldığını” (öz istəyi xaricində) qeyd edir.

Bu əsər sonralar ekzistensializmin ən böyük simalarından biri olacaq gənc Jan Pol Sartra dərindən təsir göstərib.Sartr ən məşhur əsərlərindən birini məhz “Varlıq və Heçlik” adlandırmışdı.

Избранный
61
1
kulis.az

2Источники