RU

“Türk Hava Yolları” 2035 ci ilə qədər bütün təyyarələrini yeniləyəcək

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 26 sentyabr, Günel Karatepe, AZƏRTAC

“Türk Hava Yolları” (THY) aviaşirkəti 2035-ci ilə qədər inventarını tamamilə yeni nəsil təyyarələrlə təhciz etməyi hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı aviaşirkət məlumat yayıb.

Məlumtda qeyd edilib ki, THY İdarə Heyəti 2029–2034-cü illər arasında təhvil alınmaq şərti ilə Amerika təyyarə istehsalçısı “Boeing”dən 75 ədəd “B-787-9” və “B-787-10” tipli təyyarənin alınmasına qərar verib.

Açıqlamada, həmçinin 150 ədəd “737-8/10 MAX” tipli təyyarənin alınması məsələsində də “Boeing” ilə aparılan danışıqların tamamlandığı qeyd olunub. Bu sifarişlərin dəqiqləşməsi mühərrik istehsalçısı “CFM International” ilə aparılan danışıqların uğurla başa çatması nəticəsində mümkün olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
5
azertag.az

6Источники