RU

“Azərbaycan tarixində bu günün ayrı bir yeri var”

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Anım Günü Azərbaycanın müasir tarixinin ən şərəfli günlərindən biridir. Yüz illərə dayanan Azərbaycan tarixində bu günün ayrı bir yeri var. Əlbəttə ki, tariximizdə şərəfli günlər az olmayıb. Amma onillər boyu Azərbaycan torpaqlarını işğal altında tutan işğalçı Ermənistan və onun havadarları Rusiya, Fransa kimi dövlətlər Azərbaycanı dizə gətirmək, torpaqlarını əlindən almaq istəyirdilər”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrət vurğulayıb ki, məhz 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu və Azərbaycan xalqı Ali Baş Komandanın başqanlığı altında ayağa qalxdı və öz torpaqlarını öz qolunun gücünə azad etdi: “Bu baxımdan Anım Gününü xüsusi vurğulamaq istəyirəm. Əsas olan odur ki, biz o torpaqları Azərbaycan əsgərinin qolunun gücünə azad etdik. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi altında kimsənin döyüş meydanında yardımı olmadan biz bunu bacardıq və tarixə öz imzamızı bir daha həkk etdik”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
icma.az

1Источники