20 sentyabr 2025-ci il tarixdə saat 23:00 radələrində Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"İlkin araşdırma zamanı müəyyən edilib ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4 “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olmuş və bu zaman hərəkətdə olan “Mersedes” markalı yük avtomobili ilə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.