RU

“Nyu Yorkda keçirilən görüşlər ölkəmizin siyasi, iqtisadi maraqlarını əks etdirirdi”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Prezident İlham Əliyevin Nyu-Yorka səfəri Azərbaycanın beynəlxalq gündəmdə artan rolunun göstəricisidir. Bu səfər ölkəmizin qlobal siyasətdə söz sahibi olduğunu bir daha nümayiş etdirdi”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Nyu-Yorkda keçirilən görüşlər Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqlarını əks etdirirdi: “Prezidentin ABŞ-də aparıcı şirkət rəhbərləri ilə görüşləri ölkəmizin investisiya cazibədarlığını artırmağa xidmət edir. Bu, Azərbaycanın enerji sahəsindəki imkanlarını qlobal kapital ilə birləşdirən mühüm platformadır”.

T.İsmayılov həmçinin qeyd edib ki, BMT çərçivəsində aparılan ikitərəfli görüşlər ölkəmizin diplomatik aktivliyini sübut edir: “Prezident İlham Əliyevin təşəbbüsləri regional təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərində Azərbaycanın mövqeyini daha da gücləndirdi”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
icma.az

1Источники