RU

III MDB Oyunlarına dəstək məqsədilə şahmatçılar Gəncədə yoldaşlıq görüşündə qarşılaşıb

Gəncədə III MDB Oyunlarına dəstək məqsədilə Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığıyla “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçı təşkil edib.

Operativ Media xəbər verir ki, Heydər Əliyev Park-Kompleksində baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb.

Yoldaşlıq oyununda şahmatçılar hər komandada iki nəfər təmsil olunmaqla duet şəklində mübarizə aparıb. İki partiyadan ibarət yarışda Ülviyyə Fətəliyeva - Qədir Hüseynov dueti İlahə Qədimova - Vüqar Rəsulov cütlüyünə qalib gəlib 1,5:0,5. 

Yoldaşlıq matçından sonra şahmat ulduzları, eləcə də qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvləri Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiriblər.

Избранный
15
2
operativmedia.az

3Источники