RU

Tokayev yeni xarici işlər naziri təyin edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevi yeni xarici işlər naziri təyin edib. 

Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Yermek Bedelbaeviç Koşerbayev Qazaxıstan Respublikasının xarici işlər naziri təyin edilib”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Qazaxıstanın sabiq xarici işlər naziri Murat Nurtleu Tokayevin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi vəzifəsinə təyin edilib.

Daşqın HəsənovMissiya.Az

Избранный
21
1
missiya.az

2Источники