RU

"Kopenhagen" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

Danimarkanın "Kopenhagen" klubu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turun oyununa itkilər ilə çıxacaq.

Operativ Media Sportnet.az-a istinadəm xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçilər Oliver Höyer və Conatan Mualem hazırda zədəlidirlər.

Daha bir orta sahə oyunçusu, 26 yaşlı Maqnus Mattson dizindən ciddi zədə aldığı üçün mövsümün sonunadək sıradan çıxıb.

32 yaşlı hücumçu Andreas Korneliusun oktyabrın əvvəllərinədək sıralara dönə bilməyəcəyi deyilir.

26 yaşlı tunisli vinger Elias Aşuri də zədə üzündən kənarda qalacaq. O, oktyabrın ortalarınadək yaşıl meydanlara dönəcək.

Qeyd edək ki, "Kopenhagen" Bakıya sentyabrın 29-da gələcək. "Qarabağ"la matç oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Избранный
12
operativmedia.az

1Источники