RU

Türkiyədə "Spotify" haqqında təhqiqata başlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Rəqabət Şurası İsveç musiqi xidməti "Spotify" haqqında yerli "Rəqabətin Qorunması haqqında" 4054 saylı qanunun pozulması şübhəsi ilə bağlı araşdırmaya başlayıb.
Oxu.Az bildirir ki, bu barədə tənzimləyici qurumun saytında xəbər verilib.
Qeyd olunub ki, "Spotify"ın mahnıların pleylistlərə əlavə edilməsi, reytinq və tövsiyələr alqoritmlərində müəllif hüquqları sahiblərinə qarşı ayrı-seçkilik edib-etmədiyi araşdırılacaq.
"Təhqiqat həmçinin "Spotify"ın Türkiyədəki abunə qiymətlərinin rəqiblərin və ya musiqi hüquqları sahiblərinin bazarda fəaliyyətini çətinləşdirəcək dərəcədə aşağı olub-olmadığını müəyyən edəcək", - deyə bəyanatda əlavə edilib.
Избранный
15
2
oxu.az

4Источники