RU

Danimarkada hava limanı PUA təhlükəsi səbəbindən yenidən bağlandı

BAKI, 26 sentyabr. TELEQRAF

Danimarkanın Olborq Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən bütün uçuşları dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Flightradar”ın məlumatlarından məlum olur.

Bəzi təyyarələr geri dönməyə məcbur olub, digər uçuşlar isə ləğv edilib.

“Bu axşam Olborqda dronların görünməsi haqqında yeni məlumatlar var. KL1289 reysi Amsterdama qayıdıb, Kopenhagendən gələn SK1225 reysi isə ləğv edilib”, - məlumatda deyilir.

Daha sonra Danimarkanın Şimali Yutlandiya regionunun polisi "X" sosial şəbəkəsində məlumat yayaraq Olborq şəhərində hava əlaqəsinin bərpa edildiyini açıqlayıb.

Xatırladaq ki, ötən gün də Olborq şəhərinin hava məkanında dronların olması aeroportun bağlanmasına səbəb olmuşdu. Hadisə ilə əlaqədar 4 reysin təxirə salındığı bildirilirdi.

Избранный
8
teleqraf.com

1Источники