RU

Tramp və Ərdoğandan açıqlama

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib.

Metbuat.az xəbər verir ki, görüşdən əvvəl açıqlama verən Ərdoğan Trampla F-35, F-16 və Halkbankla əlaqələrin müzakirə ediləcəyini ifadə edib. Tramp açıqlamasında Ərdoğanın böyük ordu qurduğunu və Türkiyə Prezidentini Ağ Evdə qəbul etməkdən şərəf duyduğunu bildirib. Qəzza ilə bağlı BMT-də Ərdoğan və digər liderlərlə məhsuldar görüş keçirdiyini qeyd edən Tramp razılaşmanın əldə edilmək üzrə olunduğunu bildirib.

Ərdoğana Putin və Zelenski tərəfindən böyük hörmət bəsləndiyini vurğulayan Tramp, hər kəsin Ərdoğana hörmət etdiyini, özünün də ona hörmət etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
1
metbuat.az

10Источники