RU

Azərbaycan və Anqola diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv etdi (FOTO)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT BaşAssambleyasının 80-ci sessiyası çərçivəsində Anqolanın xarici işlərnaziri Tete Antoniu ilə görüş keçirib.

Trend xəbər verirki, görüşdə Azərbaycan–Anqola əlaqələrinin siyasi məsləhətləşmələrvasitəsilə inkişafı, ticarət, iqtisadiyyat və humanitar sahələrdəəməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycantərəfi Afrikanın bütün regionlarında tərəfdaşlıqlarıngenişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Hökuməti iləAnqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportsahibləri üçün vizanın qarşılıqlı ləğvi haqqında Saziş”imzalayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
45
2
az.trend.az

3Источники