RU

Paşinyan Moskvada atom forumunda, İrəvanda “bomba partlayışı...”

Masis meri xalqı sentyabrın 26-da parlamentin qarşısına çağırdı; baş nazir özünü Ermənistana yetirə biləcəkmi?

Masis şəhərinin meri, “Şərəfim var” fraksiyasından baş nazirliyə namizəd David Ambarsumyan bəyanat yayaraq, Nikol Paşinyanın Ermənistan hakimiyyətindən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ambarsumyan müraciətində xalqı sentyabrın 26-da Paşinyana qarşı ayağa qalxmağa çağırıb: "Əziz həmvətənlər, biz elə bir dövrdə yaşayırıq ki, ölkəmizdə baş verən hər bir yeni hadisə yalnız vicdanlı və vətənpərvər vətəndaşların çoxdan inandıqları həqiqəti təsdiqləyir: Nikol Paşinyan ölkə rəhbərliyindən uzaqlaşdırılmalıdır".

Ambarsumyanın fikrincə, bu, sadəcə olaraq siyasi məsələ deyil, həyati əhəmiyyətli zərurətdir və təxirə salınması geri dönməz, ağır nəticələrə səbəb olur. "Nikol və onun komandasının əməlləri nəticəsində Ermənistan artıq çoxsaylı itkilərə məruz qalıb. Hər bir növbəti güzəşt ölkəmiz üçün ölümcül ola bilər. Ona görə də, əziz həmvətənlər, dərhal hərəkətə keçməyin vaxtı çatıb" deyə, - o bildirib.

Ambarsumyan xatırladıb ki, sentyabrın 26-da Ermənistan parlamentində Paşinyana etimadsızlıq səsverməsi ilə bağlı parlament dinləmələri keçiriləcək. "Mən parlament binasının qarşısında olacağam. Hər kəsi bu son dərəcə mühüm təşəbbüsə qoşulmağa çağırıram. Gəlin birləşək, ağlımızı və gücümüzü birləşdirərək birlikdə Ermənistanın gələcək qələbələrinin əsasını qoyaq. Sentyabrın 26-da saat 12:00-da MŞ binasının qarşısında görüşürük. Nə qədər tez, bir o qədər yaxşıdır”, - deyə o, çağırışını yekunlaşdırıb. 

scale_1200

Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı var. Ona dəstək verib-verməyəcəyi bəlli olmayan “Ermənistan” fraksiyası parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün 2 imza çatışmır.Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə təşəbbüsə dəstək verən yoxdur.

Ermənistan Konstitusiyasına əsasən, baş nazirə qarşı impiçment proseduru nəzərdə tutulmayıb. İmpiçment yalnız prezidentə tətbiq edilə bilər. Baş naziri vəzifədən uzaqlaşdırmağın yeganə yolu parlamentdə etimadsızlıq səsverməsi və ya seçkilərdə məğlubiyyətdir. Hazırkı parlamentdə isə 107 deputatdan 71-i Paşinyanın partiyasının üzvüdür. Ermənistan Konstitusiyasına görə hakimiyyəti qeyri-legitim yollarla ələ keçirməyə çağırış xalqa qarşı ən ağır cinayət sayılır.

Maraqlıdır ki, Paşinyan sentyabrın 25-də Moskvada Vladimir Putinin təşəbbüsü ilə keçirilən Qlobal Atom Forumuna qatılıb. Forumda 100-dən çox ölkədən nümayəndələr, o cümlədən nazirlər, iri şirkətlərin top-menecerləri, alimlər iştirak edir.

Belarus prezidenti Aleksandr Lukaşenko çıxışında yenə Ermənistanın baş naziri Nikol Paşinyana “ilişib”. O, Paşinyana nüvə texnologiyasının inkişafı üçün Minsk və Moskvadan kömək istəməyi təklif edib. "Bəli, Nikol Vovayeviç, lazım gələrsə, bizimlə əlaqə saxlayın. Rusiya prezidenti təsdiq edərsə, biz kömək üçün başlamağa hazırıq", - dövlət başçısı bildirib. 

611deba1cd291611deba1cd2921629350817611deba1cd28c611deba1cd28f.jpg

Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasits “Vestnik Kavkaza” Paşinyanın Moskvada danışıqlarının mümkün gündəliyi haqda danışıb.
"İnanıram ki, Putin və Paşinyan geniş spektrli ikitərəfli məsələləri, ilk növbədə Aİİ çərçivəsində iqtisadi əməkdaşlığı müzakirə edəcəklər. Əlbəttə, regional məsələlər də müzakirə olunacaq, çünki Vaşinqton bəyannaməsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müəyyən irəliləyişlər var. Bu, Cənubi Qafqazda yeni situasiya yaradır və Rusiya bu vəziyyətin bundan sonra necə inkişaf edəcəyini anlamağa çalışır", - deyə Konstantin Tasits davam edib. Ekspert qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə bir sıra həll olunmamış ziddiyyətlər qalmaqdadır.

Paşinyanın üç gün davam edəcək atom forumundan nə vaxt qayıdacağı bilinmir. İstisna deyil ki, Paşinyan Moskvada atom müzakirələrinə başı qarışarkən, ölkəsində “bomba partlasın...”

 

Musavat.com

Избранный
30
50
musavat.com

10Источники