AZ

Putin-Paşinyan görüşü: Nələr müzakirə olundu?

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə İrəvanın enerji sahəsində planlarını açıqlayıb.

Paşinyan bildirib ki, Ermənistan özünə uyğun olan kiçik modul tipli atom layihələri axtarır və bu məsələdə Rusiya ilə aktiv dialoq aparır: “Rosatom korporasiyası ilə də səmərəli əməkdaşlıq mövcuddur. Bu gün biz atom texnologiyaları barədə çox yeni məlumatlar əldə etdik və sizin paylaşdığınız bilgilərə görə təşəkkür edirik. Ermənistan üçün də atom energetikası olduqca önəmlidir”.

Baş nazirin sözlərinə görə, rəsmi İrəvan hazırda Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq üzərində çalışır. 

Paşinyan iki ölkə arasındakı ticarət dövriyyəsinə də diqqət çəkərək qeyd edib ki, bu il müəyyən azalma müşahidə olunub: “Bu, qlobal proseslərlə bağlıdır. Amma qarşılıqlı ticarətin 2023 və 2024-cü illərdəki templə artmasını davam etdirmək üçün bu istiqamətdə işləmək vacibdir”.

Görüş çərçivəsində tərəflər enerji və iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. 

 

Musavat.com

Seçilən
14
50
musavat.com

10Mənbələr