RU

“Liverpul” Qravenberxlə yeni müqavilə imzalamaq istəyir

“Liverpul” yarımmüdafiəçi Rayan Qravenberxlə müqaviləsini yeniləmək niyyətindədir.

90deqiqe.Az-ın "Give Me Sport"a istinadən məlumatına görə, Mersisayd klubu 2025-ci ilin qışında holland futbolçu ilə yeni sözləşmə üzrə danışıqlara başlayacaq. Hazırkı müqavilə 2028-ci ilə qədər qüvvədə olsa da, rəhbərlik oyunçunun komandadakı statusunu nəzərə alaraq maliyyə şərtlərini yaxşılaşdırmaq istəyir.

Bununla yanaşı, klub üçün əsas prioritet müdafiəçi İbrahima Konatenin sözləşməsinin uzadılmasıdır. Fransalı oyunçu 2025/26 mövsümünün sonunda azad agent kimi komandadan ayrılmaq imkanına malikdir. Onunla Madrid “Real”ının maraqlandığı bildirilir.

Xatırladaq ki, geridə qalan mövsümdə Qravenberx İngiltərə Premyer Liqasının ən yaxşı gənc oyunçusu seçilmişdi. Cari mövsümdə isə o, bütün turnirlərdə 5 oyunda meydana çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
13
90deqiqe.az

1Источники