RU

Putin: Rusiya tezliklə quruda və dənizdə AES-in kütləvi istehsalına başlayacaq

Getdikcə daha çox ölkə nüvə enerjisindən dinc məqsədlərlə istifadədə uzunmüddətli sürətləndirilmiş inkişaf imkanlarını görür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qlobal Nüvə Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, dünyada ən çox Rusiya tərəfindən layihələndirilən atom elektrik stansiyalarına tələbat var.

Putin nüvə qurğularının nüvə təhlükəsizliyinin təmin edilməsini Rusiya Federasiyası üçün mütləq prioritet adlandırıb. "Rusiya siyasi vəziyyətdən asılı olmayaraq bütün nüvə öhdəliklərini ciddi şəkildə yerinə yetirir. Nüvə tənzimlənməsi elə olmalıdır ki, dinc nüvə enerjisinin inkişafı və yayılmaması rejiminin gücləndirilməsi arasında tarazlıq qorunsun" .

Putin əlavə edib ki, Rusiya yeni dinc nüvə enerjisi texnologiyaları üzərində işləyir:

"Rusiya tezliklə həm quruda, həm də üzən atom elektrik stansiyalarının kütləvi istehsalına başlayacaq".

Избранный
29
4
apa.az

5Источники