RU

Bakıda söyüş üstündə qətl törədən şəxsin məhkəməsi başladı

BAKI, 24 sentyabr. TELEQRAF

Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işinin üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin Səbuhi Əliyev xəsarət alıb

Məlum olub ki, hadisə söyüş üstündə baş verib.

Təqsirləndirilənşəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 128 (qəsdən sağlamlığa zərər vurma) və 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

İttihama münasibət bildirən təqsirləndirilənşəxs ona elan olunmuş Cinayət Məcəlləsinin 120.2.2 və 128-ci maddəsi üzrə özünü təqsirli bilməyib. O, ancaq özünü soyuq silah gəzdirməkdə təqsirli bilib.

Növbəti proses oktyabrın 30-da davam edəcək.

Избранный
26
teleqraf.com

1Источники