RU

Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani arasında telefon danışığı olub

Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova iləPakistan Senatının sədri Syed Yusuf Raza Gilani arasında telefondanışığı olub.

Telefon danışığı zamanı Azərbaycan və Pakistan arasında stratejimünasibətlərin dostluq və qardaşlıq prinsipləri əsasında uğurlainkişafından razılıq ifadə olunub. İki ölkə arasında əlaqələrindərinləşməsində Prezident İlham Əliyevin Pakistana səfərlərinin,Pakistanın Baş nazirlərinin Azərbaycana səfərlərinin və imzalanmışsənədlərin xüsusi rolu vurğulanıb.

Tərəflər dost və qardaş ölkələrimiz arasında əlaqələrin ruhunauyğun olaraq, parlamentlərimiz arasında da səmərəli münasibətlərqurulduğunu qeyd edərək, qanunvericilik orqanlarımızın həmikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarıçərçivəsində sıx əməkdaşlıq etdiklərini ifadə ediblər.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərhaqqında da fikir mübadiləsi aparılıb.

Избранный
33
15
az.trend.az

10Источники