RU

Fransanən Sabiq prezidenti həbs edildi

Fransanın sabiq Prezidenti Nikola Sarkozi 5 illik həbs cəzasına məhkum edilib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, 2007-ci ildəki seçki kampaniyası zamanı Liviyadan qanunsuz maliyyə vəsaiti aldığı iddiası ilə mühakimə olunduğu məhkəmə prosesində “cinayətkar dəstə qurmaq” ittihamı ilə həbs edilib.

Paris Məhkəməsi Sarkozinin passiv rüşvət, ictimai vəsaitlərin mənimsənilməsini gizlətmək və qanunsuz kampaniya maliyyələşdirmə ittihamlarını törətmədiyinə qərar verib, lakin sabiq prezidenti “cinayətkar dəstə yaratmaq” ittihamı üzrə təqsirli bilərək cəzalandırıb.

Nəticədə Sarkoziyə 5 il həbs cəzası verilib.

Qeyd edək ki, Paris Prokurorluğu bu iş üzrə, Sarkozi də daxil olmaqla 12 nəfərin mühakimə olunduğu prosesdə onun üçün 7 il həbs cəzası tələb etmişdi.

Sarkozi 10 ildən çox davam edən istintaqın ardından bu ilin əvvəlində başlanan məhkəmə prosesində, ona yönəldilən bütün ittihamları ilk gündən bəri rədd edib.

Digər tərəfdən, bu iş üzrə “kilid şahid” statusunda olan fransız-livan əsilli iş adamı Ziyad Takiyəddin 23 sentyabrda Beyrutda vəfat edib.

Избранный
60
operativmm.az

1Источники