RU

Bakıda "protiv" sürən sürücülərlə bağlı AÇIQLAMA

"Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində sürücülərin əksistiqamətli hərəkət yoluna çıxaraq nəqliyyat axınına qarşı hərəkət etməsinin videogörüntləri ilə bağlı Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır".

Bu barədə Far.Az-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məumat verilib.

"Yol hərəkəti qaydasını kobud şəkildə pozan və digər nəqliyyat vasitələrinə təhlükə yaradan sürücülər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür", - deyə məlumatda bildirilir.

***12:13

Bakının Xəzər rayonunun Binə qəsəbəsində sürücülərin kütləvi şəkildə əks yola çıxaraq hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

Far.Az-in məlumatına görə, görüntüləri jurnalist Səid Qərib paylaşıb.

Görüntülərdə qəsəbənin əsas yollarından biri sayılan Əli İsazadə prospektində qaydalarının kobud şəkildə pozulması öz əksini tapıb.

Qeyd edək ki, sürücülər prospektdə nə yol nişanlarına, nə də hərəkət qaydalarına riayət edirlər. Bu isə hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

Избранный
5
1
far.az

2Источники