AZ

Bakıda bu ərazidə əksər sürücülər "PROTİV SÜRÜR"

Bakının Xəzər rayonunun Binə qəsəbəsində sürücülərin kütləvi şəkildə əks yola çıxaraq hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

Far.Az-in məlumatına görə, görüntüləri jurnalist Səid Qərib paylaşıb.

Görüntülərdə qəsəbənin əsas yollarından biri sayılan Əli İsazadə prospektində qaydalarının kobud şəkildə pozulması öz əksini tapıb.

Qeyd edək ki, sürücülər prospektdə nə yol nişanlarına, nə də hərəkət qaydalarına riayət edirlər. Bu isə hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

Seçilən
13
1
far.az

2Mənbələr