RU

Azərbaycanda qadınlara qarşı zorakılıq halları ARTIB

“2023-cü ildə Azərbaycanda məişət zorakılığından ümumilikdə 1 513 nəfər zərər çəkib”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda təlim proqramında çıxışı zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Sədaqət Qəhrəmanova bildirib ki, onlardan 1 224 nəfəri qadındır:

“Statistik rəqəmlərə görə, 51 qəsdən adam öldürmə, 17 qəsdən adam öldürməyə cəhd, 1 132 nəfərin sağlamlığına qəsdən zərər vurma, 6 nəfərə əzab vermə və 18 halda digər zorakılıq formaları qeydə alınıb. Bununla yanaşı, 223 nəfər 18 yaşadək qızın nikahı rəsmi qaydada qeydə alınıb".

Onun sözlərinə görə, 15-17 yaşlı anaların dünyaya gətirdiyi körpələrin sayı 1 742, 18-19 yaşlı anaların uşaqlarının sayı isə 9 852 olub:

“Doğum zamanı cins nisbəti 113 təşkil edib. Bu göstərici şəhərlərdə 110, kənd yerlərində isə 116 olaraq qeydə alınıb”.

Избранный
62
1
cebheinfo.az

2Источники