Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yerüstü stansiya metronun Yaşıl xəttinə aid olacaq: “Stansiya xüsusi qrafiklə işləyəcək və şərti olaraq “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”, - B.Məmmədov əlavə edib.
Qeyd edək ki, daha əvvəl “Bakmil” və “Xocəsən” yerüstü stansiyaları inşa olunmuşdu.