RU

Gəncədə motosiklet maşınla toqquşdu - Kuryer xəsarət aldı

Gəncədə minik maşını motsikletlə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

Hərəkətdə olan minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 1994-cü il təvəllüdlü M.Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəzaya düşən motosikletin kuryer fəaliyyəti göstərdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
98
3
unikal.az

4Источники