AZ

Gəncədə motosiklet maşınla toqquşdu - Kuryer xəsarət aldı

Gəncədə minik maşını motsikletlə toqquşub.

Gundem.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

Hərəkətdə olan minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 1994-cü il təvəllüdlü M.Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəzaya düşən motosikletin kuryer fəaliyyəti göstərdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /"Unikal"

Seçilən
63
3
gundem.az

4Mənbələr