RU

Nəhayət, Azərbaycan millisində işləməyə razılıq verən tapıldı! – SON DƏQİQƏ

U-21-in baş məşqçisi Ayxan Abbasov «daşı ətəyindən töküb».

AFFA rəhbərliyi günlərdir davam edən danışıqlardan sonra onu əsas millini müvəqqəti çalışdırmağa razı salıb.

44 yaşlı mütəxəssis son anda yenə fikrini dəyişməsə, yığmanı dünya çempionatının seçmə mərhələsinin qarşıdakı 4 oyununa o çıxaracaq.

Komandamız oktyabr və noyabr aylarında Fransa, Ukrayna və İslandiya ilə üz-üzə gələcək. Əgər milli bu görüşlərdə 1 və ya 3 xal qazana bilsə, Abbasovla birillik müqavilə imzalanacaq.

Qısacası, Abbasovun Millətlər Liqasında da yığmanın sükanı arxasında qalması üçün növbəti iki aydakı matçlarda nisbətən tərpəniş göstərməsi vacibdir.

Hər halda federasiyadan adıçəkilən məşqçiyə belə bir vəd verilib.

AFFA İslandiya ilə səfərdə qeydə alınan 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuşu istefaya göndərib.

Millini Ukrayna ilə Bakıda duelə A.Abbasov çıxarıb. 32 saat iş başında dayanan mütəxəssisin qazandığı nəticə (1:1) AFFA-nı razı salıb.

Sportinfo.az

Избранный
6
1
busaat.az

2Источники